Azərbaycanlı polis əməkdaşı təcili olaraq Bakıya deportasiya olundu — FOTO

Azərbaycan polisinin keçmiş əməkdaşı Səid Camalov Almaniyadan xaric edilib.
Virtualaz.org «Frankenpost” nəşrinə istinadən xəbər verir ki, Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşaqlarının yaşadıqları evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər. Mənbəyə görə, Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb.
Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı – tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb. Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub – Nur və Mert. Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altəna alıb və indi onlar çox həyəcanlıdırlar. «Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də, daha tolerant qərara ümidli idilər, — Assosiasiyanın əməkdaşı Hella Felker deyir. – Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqlaerı alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdilər”.
Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənoin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. «Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi”, — idarədən izah olunub.
(c) EuroAZ.NL

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *