Almaniyada yaşayan daha bir soydaşımız özünə qəsd edib

Hazırda Almaniyanın Bamberq şəhərində yaşayan Azərbaycan vətəndaşı, 40 yaşlı Kəmalə İmaməliyeva özünə qəsd edib.

“Legat” İnteqrasiya mərkəzinə müraciət edən Kəmalə İmaməliyeva bildirib ki, uzun müddət Azərbaycanda, Türkiyədə “İltihablı rematizma” diaqnozu ilə müalicə olunub. Maddi vəziyyəti müalicəsini davam etdirməyə imkan vermədiyindən, eləcə də Azərbaycanda lazımı sosial və maddi dövlət dəstəyini ala bilmədiyindən Almaniyaya üz tutub. Almaniyada yaşadığı 4 il ərzində o müalicə edilib, bir sıra əməliyyatlar keçirib. Ancaq sığınacaq statusuna mənfi cavab verildiyindən haqqında ölkəsinə geri göndərilmə qərarı çıxarılıb.

23 yanvar 2018-ci ildə səhər saatlarında 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının onun yaşadığı mənzilə girməsi ilə stress keçirib və bıçaqla öz qarın nahiyyəsinə zərbələr endirib. Aldığı zədələrə görə əməliyyat keçirib və daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

EuroAZ.NL

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *