Niderlandda azərbaycanlıların mərkəzinə hücüm olub

Niderlandda azərbaycanlıların mərkəzinə hücüm olub,bu barədə EuroAZ.NL saytına öz müsahibəsində Niderland-Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın bildirib.

 
Hal hazırda hadisə baş verən yerdə Niderland polisi araşdırma aparır və araşdırma bitməmiş tərəflər qərara alıblar ki,istintaq bitməmiş heç bir rəsmi açıqlama verilməyəcək. Hadisə yerindən mərkəzə atılan daşlar da polis tərəfindən götürülüb və onların üzərində hücum edənlərin barmaq izlərin olub olmaması araşdırılır,ondan əlavə həm mərkəzdə,həm də mərkəzin yerləşdiyi küçədə bütün kameraların görüntüləri polis tərəfindən yoxlanılır.

Qeyd edək ki,hücum edənlər 4 nəfər olub və polis onların kimliyini araşdırır.

EuroAZ.NL — Emil Əliyev

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *