Almaniyada Oğurlanaraq Vyetnama Qaçırılan Siyasi Mühacir Trinh Xuan Thanh Bu Gün Ömürlük Hәbs Cәzası Alıb

Almaniyada insanların gözü qarşısında oğurlanaraq Vyetnama qaçırılan siyasi mühacir Trinh Xuan Thanh bu gün ömürlük hәbs cәzası alıb. O 2016-cı ildә Vyetnamdan Almaniyaya qaçıb, burada isә siyasi sığınacaq istәmişdi. Qaçmazdan az öncә Vyetnam hökumәti ona cinayәt işi açmışdı.

Şahidlәrin sözlәrinә görә, 52 yaşlı Thanh 2017-ci ilin iyul ayında Berlindәki zooparkda gәzәrkәn bir neçә nәfәr onu zorla maşına basıb namәlum istiqamәtә aparıblar. Alman hökumәti iddia edir ki, onu Vyetnamın xüsusi xidmәt orqanı әmәkdaşları oğurlayıb. Mәşhur işadamı olan Thanh oğurlanmasından bir neçә gün sonra Vyetnam paytaxtında “peyda olub” vә dәrhal da hәbs olunub. Onun ölkәsinә hansı yolla aparılması mәlum deyil. Vyetnam hökumәti inandırmağa çalışır ki, guya Thanh öz xoşu ilә qayıdıb ki, mәhkәmәdә günahları etiraf etsin. O korrupsiyada ittiham olunur. Işadamının alman vәkili Petra Schlagenhauf bildirir ki, ona qarşı ittihamlar siyasi xarakterlidir vә o Vyetnam kommunist partiyasındakı qarşıdurmanın qurbanıdır. Bu hadisә Almaniya ilә Vyetnam arasında siyasi qarşıdurma yaradıb.

Iki gün sonda Thanhı daha bir mәhkәmә prosesinә gözlәyir. Bu dәfә o ölüm cәzası ala bilәr.

Bu hadisә “Avtoritar rejimlәr ortaq xarakterlәrә malikdir” fikrini bir daha tәsdiqlәyir. Azәrbaycan prezidenti Ilham Әliyev dә onun çirkin әmәllәrini ifşa edәn jurnalist Әfqan Muxtarlını Gürcüstandan eyni metodla oğurlatmışdı. Böyük ehtimalla bu işdә Gürcüstan hökumәtinin dә әli var. Vyetnamlı siyasi mühacirin işindә isә Almaniyanın iştirakı müzakirә mövzusu belә deyil. Çünki Almaniya heç vaxt belә oyunlada gedib öz demokratik nüfuzunu sual altına qoymaz. Ancaq, Thanhın oğurlandıqdan sonra Avropa sәrhәdlәrindәn necә çıxarıldığı müәmmalıdır. Ehtimal olunur ki, o hansısa şәrqi Avropa ölkәsinin sәrhәddindәn keçirilib. Yәni hansısa şәriq Avropa ölkәsinin bu işdә әli ola bilәr.

EuroAZ.NL

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *