“Booking.com” saytı ermənilərə “işləyirmiş”

 

Avropa azərbaycanlıları “booking.com”a qarşı aktiv aksiya başlatdılar

EuroAZ.NL xəbər verir ki, bir düymə ilə dünyanın hər bir yerinə rahatlıqla otel sifariş etmək mümkündür. “Booking.com” saytı da illərdir müştərilərinə bu sahədə aktiv xidmət göstərir. Artıq uzun illərdir müştərisinin etibarını qazanan sayt demək ki, siyasətə də baş qoşmağa başlayıb. Belə ki, Booking.com artıq erməni işğalında olan Azərbaycan torpaqlarına bütün dünyadan turist cəlb edirmiş. Demək ki, Dağlıq Qarabağda yerləşən otellərə bir düymə ilə rezervasiya etdirmək olar. Bu problemlə əlaqədar olaraq, Niderlandda yerləşən “Avropa Azərbaycanlıları” (EuroAz.NL) təşkilatının sədri, blogger Emil Əliyev facebook.com saytında idarə etdiyi eyni adlı qrupda bu barədə məlumat yayaraq,  etiraz aksiyasına başlayıb. Bu barədə Siyasət.az saytına məlumat verən Emil bəyin sözlərinə görə, aksiyaya bir sıra ölkələrdə yaşayan bloggerlər və sıravi vətəndaşlar da qoşulublar. Belə ki, aksiya iştirakçıları saytın elektron ünvanına əsasən ingilis və yaşadığı ölkənin dilində etiraz məktubları göndərməyə başlayıblar. “Hazırda bizim aksiyanın nəticəsi olaraq, saytın ünvanına minlərlə məktub göndərilib. Həmin məktubların çoxunun surəti mənim də e-mail ünvanıma da çatdırılıb. Və biz bu məktubları çap etdirib, görüşə gedəndə rəsmi sübut kimi digər sənədlərin içinə əlavə edəcəyik” deyən blogger rəsmi görüşü gələn həftənin ilk günlərinə planlaşdırır.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici işlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra Booking.com saytı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yerləşən qanunsuz otellərə rezervasiyanı dayandırmışdır. Lakin buna məhəl qoymayan saytın Niderland ofisi Ermənilərin siyasətini dəstəkləyib, işğal olunmuş ərazilərə dünyadan qonaq dəvət etməyə davam edir.

P.S. Qeyd edək ki, gələn həftə keçiriləcək olan görüşün nəticələrini saytımızda dərc edəcəyik.

EuroAZ.NL — Emil Əliyev

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *